ATİAHİ Qusar rayon komitəsinin I Məclisi keçirilib

 
Aprelin 25-də ATİAHİ Qusar rayon komitəsinin I Məclisi keçirilib.
Geniş məruzə ilə çıxış edən rayon komitəsinin sədri Məzahir Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən, gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. Sonra o, Məclisin gündəliyinə “2021-2023-cü illər üçün ATİAHİ Qusar rayon ilk həmkarlar ittifaqı təşkilatları ilə təhsil müəssisələri arasında bağlanmış kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsinin vəziyyəti barədə”, “Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “Qusar rayon komitəsi Rəyasət heyətinin tərkibində dəyişiklik edilməsi barədə”, “ATİAHİ Qusar rayon komitəsinin qabaqcıl həmkarlar ittifaqı üzvlərinə Fəxri fərman və pul mükafatlarının verilməsi barədə”, həmçinin digər cari və təşkilati məsələlərin daxil edildiyini bildirib.
Gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo